İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisini Xose Luis Mendilibar çalışdıracaq. Bu barədə La Liqa klubunun rəmi saytı məlumat yayıb. 62 yaşlı məşqçi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. İspaniyalı mütəxəssis bu postda Xorxe Sampaolini əvəz edib.
Xose Luis Mendilibar son olaraq "Alaves"i çalışdırıb. O, ötən ilin aprel ayından etibarən işsiz idi.
saytlarin hazirlanmasi