"Barselona"da daha bir ciddi itki

21:56 - 21 Mart 2023

İspaniyanın "Barselona" klubunun heyətində növbəti ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Frenki de Yonq sıradan çıxıb. 25 yaşlı yarımmüdafiəçi La Liqanın "Real"la matçında (2:2) zədələnib. O, Niderland millisinin Avro-2024-ün seçmə mərhələsi üçün heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, "Barselona"nın müdafiəçisi Ronald Arauxo da "El Klasiko"da zədələnib. Uruqvaylı futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər xətti