"Real" üçün yeni namizəd

10:14 - 22 Mart 2023

"Ayntraxt"ın baş məşqçisi Oliver Qlasner "Real"ı çalışdıra bilər.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, “kral klubu” Karlo Ançelottini istefaya göndərməli olsa, onu Frankfurt klubunun baş məşqçisi əvəzləyəcək.

La Liqada böyük ölçüdə "Barselona"ya uduzan “Real”ın hələ də qələbə qazana biləcəyi iki turnir qalıb - Çempionlar Liqası və İspaniya Kuboku.

Madrid klubu bu turnirlərdən birini qazanmasa, klub rəhbərliyi italiyalının müqaviləsinin 2024-cü ilin yayına qədər olmasına baxmayaraq, onunla yollarını ayıracaq.

48 yaşlı Qlasner “Zalsburq”, “Rid”, LASK, “Volfsburq” klublarını çalışdırıb.

Xəbər xətti