“Mançester Siti”nin qapıçısı Ederson Moraes “Real”ın baş məşqçisi Karlo Ançelottinin yaxın vaxtlarda Braziliya millisinə rəhbərlik edə biləcəyini açıqlayıb.
Sportal.az “ESPN US”a istinadən xəbər verir ki, “şəhərlilər”in qolkiperi məsələ haqda bu cür danışıb:
“Mən bunu Kasemiro, Vinisius Junior və Eder Militao ilə müzakirə etmişəm. Ançelottinin millinin baş məşqçisi olmaq ehtimalı yüksəkdir. O, çox yaxşı mütəxəssisdir, komandasında hər kəs tərəfindən bəyənilir, qalib karyerası var. Sadəcə onun tərcümeyi-halına nəzər salın. Onun millidə olub-olmayacağını tezliklə öyrənəcəyik. Ümid edirəm ki, tezliklə yeni baş məşqçimizin adı açıqlanacaq. Braziliyalı, yoxsa əcnəbi məşqçi olacaq? Biz də bu məsələdən narahatıq".
saytlarin hazirlanmasi