"Barselona"nın sabiq futbolçusu Boyan Krkiç peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, ispaniyalı hücumçu 32 yaşında futboldan getmək qərarı verib. Təcrübəli forvard üçün sabah "Kamp Nou" stadionunda vida mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Boyan Krkiç "Barselona"nın yetirməsidir. O, Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 163 matçda 41 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Krkiç karyerası ərzində "Roma", "Milan", "Ayaks", "Stok Siti", "Maynts", "Alaves" ve "Monreal"da çıxış edib. Futbolçunun son klubu Yaponiya "Vissel kobe"si olub.
saytlarin hazirlanmasi