"Real"ın yarımmüdafiəçisi Luka Modriç iş yerini dəyişmək istəmədiyini bildirib.
Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan xorvatiyalı "kral klubu"nda qalacağını bildirib:
"Hamı bilir ki, mənim arzum “Real”da qalmaqdır. İnanıram və ümid edirəm ki, belə də olacaq. Qalan hər şey şayiələr və fərziyyələrdir".
Xatırladaq ki, 37 yaşlı futbolçu 2012-ci ildə “Tottenhem”dən “Real”a keçib.
saytlarin hazirlanmasi