İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin futbolçusu Lionel Messinin "Barselona"ya qayıtmaq ehtimalından danışıb.
Sportal.az xəbər verir ki, təcrübəli futbol adamı argentinalının Kataloniya klubuna qayıdacağına inanmadığını bildirib:
"Barselona"nın indiki iqtisadi vəziyyəti durumunu nəzərə alsaq, Messi maaşını xeyli azaltmasa, geri qayıtmağı çətin görünür. Onun maaşla bağlı xeyli endirim etməsi isə qəribə olardı. Amma PSJ-də də qalmamalıdır. İki klubun əməkhaqqı fondu bənzərdir. Yeganə fərq PSJ-nin “Barselona”dan daha az gəlirə sahib olmasıdır. PSJ benzindən, qazdan pul qazanan və sponsorları aldadan təşkilatdır. La Liqa "Barselona"ya kömək edə bilərmi? Onların yalnız özü nəsə edə bilər. Mən Messinin qayıdıb, “Barselona”da karyerasını bitirməsini istəyərdim. Amma buna biz qərar verə bilmirik. Messinin geri dönməsi üçün qaydaları dəyişdirmək fikrində deyilik".