İspaniyanın "Sevilya" klubunun futbolçusu Markao yenidən zədələnib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisinin 26 yaşlı mərkəz müdafiəçisində əzələ yırtığı aşkarlanıb. Bu barədə "Marca" nəşri məlumat yayıb. Braziliyalı futbolçu 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq. O, növbəti mövsümün startına kimi komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Sevilya" Markaonu mövsümün əvvəlində "Qalatasaray"dan transfer edib. Müdafiəçi La Liqa klubunun heyətində 7 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi