"Real"ın qapıçısı Andrey Lunin mövsümün sonunda Madrid klubunu tərk etmək niyyətindədir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ukraynalı stabil əsas qolkiper olacağı komandaya keçmək istəyir.
O, ehtiyatda oturmaq əvəzinə ortabab komandaya keçməyə, oyun praktikasının yüksək olmasından yanadır.
Luninin İspaniya Primerosu təmsilçilərindən “Kadiz” və “Xetafe”nin maraq dairəsində olduğu bildirilir.
24 yaşlı qapıçı "Dnepr", "Zorya", "Leqanes", "Valyadolid", "Ovyedo" klublarının qapısını qoruyub. Onun "Real"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.