İspaniya La Liqasında bu gün növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Valyadolid" Xuan Xose Roxo Martinlə yollarını ayırıb. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Valyadoli" dünən çempionatda "Real"a 0:6 hesabı ilə məğlub olub. Komanda La Liqada 27 turdan sonra 28 xalla 16-cı pillədədir.
Xuan Xose Roxo Martín 2021-ci ilin yayından "Valyadolid"in baş məşqçisi postunu icra edirdi.
Qeyd edək ki, bu gün "Espanyol"da baş məşqçisi Dieqo Martineslə yollarını ayırıb.
saytlarin hazirlanmasi