"Atletiko" Alvaro Moratanın müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, Madrid klubu ispaniyalı hücumçunu başqa komandaya buraxmaq niyyətində deyil.
Buna görə də, indidən onunla yeni müqavilənin şərtləri ilə bağlı müzakirələr aparılır.
Futbolçunun hazırkı müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Əslində, “Atletiko” müqaviləni avtomatik olaraq daha bir mövsüm uzatmaq imkanına malikdir, lakin klub daha uzun müddətli müqavilə üçün danışıq aparır. "Milan" da Morata üçün hərəkətə keçib.
saytlarin hazirlanmasi