"Barselona" İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Kamp Nou"da "Real"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi "El Klasiko"dan öncə keçirilən mətbuat konfransında iştirak edib. 43 yaşlı mütəxəssis "Real"ı favorit hesab etdiyini deyib:
"Real" turnirin ən böyük favoriti və Çempionlar Liqasının son qalibidir. Köklənməyə çalışacağıq. Amma bizim üçün asan olmayacaq. İlk matçda qalib gəlməyimiz bizim üçün üstünlükdür. "Real"ı mübarizədən kənarlaşdırmağın çox çətin olacağını bilirik. Sonuncu dəfə iki oyundan ibarət olan qarşılaşmalarda nə vaxt məğlub olublar? Buna görə də "Real"ı favorit hesab edirəm".
Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq. Komandalar arasındakı ilk görüş Xavinin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi