"Real"ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi olan oğlu Davide Ançelotti klub çalışdıra bilər.
Sportal.az xəbər verir ki, 34 yaşlı məşqçinin İsveçrənin "Bazel" klubuna rəhbərlik edəcəyi gözlənilir. Bu barədə "Marca" nəşri məlumat yayıb. Davide yayda Super Liqa təmsilçisinin "sükan"ı arxasına keçə bilər.
Qeyd edək ki, Davide Ançelotti PSJ, "Bavariya", "Napoli" və "Everton"da da atasının köməkçisi olaraq çalışıb.
saytlarin hazirlanmasi