Maliyyə problemləri yaşayan "Barselona" yayda bir neçə futbolçusunu satmalıdır.
Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 200 milyon avroluq satış həyata keçirməlidir. La La Liqa klubunun kimlərlə yollarını ayıracağı hələ bəlli deyil.
Klubun qəti olaraq satmayacağı futbolçular isə məlumdur. "Barselona" Frenki de Yonq, Pedri, Ronald Arauxo, Qavi, Mark-Andre ter Ştegen, Alkes Balde, Rafinya, Robert Levandovski və Jül Kundeni satmağı düşünmür.
Baş məşqçi Xavi Andreas Kristensen və Frank Kessinin də komandada qalmasını istəsə də, rəhbərlik sərfəli təklif gələcəyi halda onlarla yolları ayıracaq. Bundan başqa "Barselona" maaşı yüksək olan bəzi futbolçulara endirim təklif edəcək. Təklifi qəbul etməyənlər satılacaq.
saytlarin hazirlanmasi