"Real" İspaniya Kuboku yarımfinal mərhələsinin cavab oyununda "Barselona"nı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti matçdan sonra keçirilən mətbuat konfransında açıqlamalar verib. İtaliyalı mütəxəssis jurnalistin "Xavi ilə yerinizi dəyişdirmək istəyərsiz?" sualını belə cavablandırıb:
"Barselona"da işlədiyimi təsəvvür etmək mümkünsüzdür. "Barselona"ya və Xaviyə hörmətim var. Amma heç kimlə yerimi dəyişmərəm. Çünki, çox böyük sevgi gördüyüm və heç nəyi dəyişmək istəmədiyim dünyanın ən yaxşı klubundayam".
Ançelotti La Liqada "Barselona"dan 12 xal geridə olmaqlarını və çempionluq şansını da dəyərləndirib:
"Onlardan geridə olmağımıza baxmayaraq, özümüzdın məmnunuq. Amma "Barselona" çox yaxşı oynayır. Riyazi olaraq çempionluq şansımız az olsa da, döyüşməyə davam edəcəyik".
saytlarin hazirlanmasi