PSJ-nin futbolçusu Lionel Messi "Barselona"ya qayıda bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, futbolçunun agenti olan atası Xorxe Messi Kataloniya klubunun prezidenti Xoan Laporta ilə görüşüb. Tərəflərin Leonun Kataloniya klubuna qayıtmasına müsbət yanaşdığı bildirilir.
İddiaya görə "Barsa"nın baş məşqçisi Xavi Messinin komandaya qayıtmasında israrlıdır. Ötən həftə Fransa mətbuatı argentinalının PSJ ilə daha bir illik müqavilə imzalayacağı və 2025-ci ildə isə “İnter Mayami”yə keçəcəyini yazmışdı.
saytlarin hazirlanmasi