"Barselona"nın futbolçusu Ansu Fati mövsümün sonunda komandanı tərk edə bilər.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi onun komandadakı gələcəyi ilə bağlı qərar verməyib, lakin mövsümün sonunda tərəflər arasında görüş keçiriləcək və yekun qərar qəbul olunacaq.
Vinger bu mövsüm 40 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ansunun atası oğlunun daha çox oyun şansı qazanacağı komandaya keçməsini istəyir. O, hətta "Barselona" rəhbərliyindən narazılıq da etmişdi.
İspaniya millisinin üzvünün "Bavariya"ya keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi