"Barselona" "Atletiko"nun belçikalı yarımmüdafiəçisi Yannik Ferreyra Karraskonu transfer etməkdə israrlıdır.
Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, Kataloniya klubu maliyyə feyr-pleyi ilə "Barselona"ya qoyulan məhdudiyyətlərə baxmayaraq, Karrasko ilə müqavilə imzalamaq üçün bir yol tapacağına ümid edir.
Memfis Depayın "Barselona"dan "Atletiko"ya transferi ilə bağlı razılaşmaya əsasən, kataloniyalılar Karraskonu 9 milyon avroya ala bilər. Lakin madridlilər Belçika millisinin üzvünü 18 milyon avroya satmaq istəyir.
"Barselona" əvvəlcədən razılaşdırılmış 9 milyon avrodan artıq pul ödəmək niyyətində deyil.
saytlarin hazirlanmasi