Luka Modriç gələn mövsüm də “Real”da oynayacaq.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “Real” rəhbərliyi xorvatiyalını komandada saxlamaq haqda düşünür.
Belə ki, “kral klubu”nun rəhbərliyi 37 yaşlı xorvatiyalı ilə müqavilə müddətini artıraraq onun karyerasını “Santyaqo Bernabeu”da vurmasını istəyirlər.
Təcrübəli futbolçu özü də buna müsbət yanaşıb.
Luka 2012-ci ildə “Tottenhem”dən “Real”a keçmişdi. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi