"İkinci hissədə "Mançester Yunayted"in gücünü itirdiyini görürdük"

12:59 - 14 Aprel 2023

“Sevilya”nın yarımmüdafiəçisi Nemanya Qudel Avropa Liqasının 1/4 finalında “Mançester Yunayted”lə heç-heçə etdikləri oyundan (2:2) sonra danışıb.

Sportal.az xəbər verir ki, serbiyalı UEFA-ya açıqlamasında komandasının İngiltərədə bərabərə qalmasını şərh edib:

“Evə çox gözəl emosiyalarla qayıdırıq. İkinci hissədə, matçın təxminən 50-60 dəqiqəsində "Mançester Yunayted"in gücünü bir az itirdiyini görürdük. Biz isə topa nəzarət edərək rəqibin cərimə meydançasına daxil ola bilirdik. Daha çox ötürmə və qol epizodu yaratdıq. İki qol vurduq, hətta qələbə qazanmaq da mümkün idi".

Xatırladaq ki, "Sevilya" - "Mançester Yunayted" görüşü aprelin 20-də keçiriləcək.

Xəbər xətti