"Atletik"in müdafiəçisi İniqo Martinez "Barselona"ya keçəcək.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.
31 yaşlı futbolçu üçün bir çox təkliflər gəlsə də, onun özü də Kataloniya klubuna keçmək niyyətində olduğunu menecerinə bildirib.
Martinezin "Barselona" ilə iki illik müqavilə imzalayacağı gözlənilir.
“Real Sosyedad” yetirməsi olan İniqo 2018-ci ildən “Atletik”in formasını geyinir. Futbolçu 2013-cü ildən isə İspaniya yığmasının üzvüdür. Onun Bilbao klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi