"Real"ın baş məşqçisi Karlo Ançelotti iş yerini dəyişməyəcək.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “kral klubu”nu çalışdırmağa davam edəcək:
"Florentino Peres mənimlə həmişə mehriban olub və elə də qalıb. Klub mənə olan sevgisini göstərir. Gələn mövsüm də bu komandada qalacam. Düşünürəm ki, müqaviləyə əməl edəcəyik. Klub mənə böyük sevgi göstərir və özümü burada çox sakit, rahat hiss edirəm. İşimlə fəxr edirəm. İndiyə qədər uğurlu yarış olub və ümid edirəm ki, belə davam edəcək. Mövsümün final bölümünə gəlincə, sona qədər gözləmək lazımdır. Bəzi yarışlarda uğur qazanmışıq, bəzilərində yox. Bu futboldur və qiymətləndirmək üçün sona qədər gözləmək lazımdır".
İtaliyalı mütəxəssisin "Real"la müqaviləsi 2024-cü il oyunun 30-na qədərdir.