"Real" bu futbolçunun müqaviləsini uzadacaq

15:36 - 16 Aprel 2023

Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Toni Kroos gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Madriddə qalacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb. Almaniyalı futbolçu "kral klubu" ilə müqaviləsini 2024-cü ilin yayına kimi uzadacaq.

Qeyd edək ki, "Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Təcrübəli futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 40 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti