"Barselona" prezidenti Messinin geri qayıdacağını bildirdi

14:11 - 17 Aprel 2023

"Barselona"nın prezidenti Joan Laporta azarkeşləri ilə söhbəti zamanı PSJ-nin futbolçusu Lionel Messinin tezliklə Kataloniya klubunun düşərgəsinə qayıdacağını bildirib.

Sportal.az "Cadena Ser Carrusel Deportivo"ya istinadən xəbər verir ki, Laporta İspaniya çempionatının 29-cu turunun "Xetafe" ilə oyunundan (0:0) öncə tribunada azarkeşlərlə şəkil çəkdirib, eyni zamanda onların suallarını cavablandırıb.

Fanatlardan biri "Barselona"nın prezidentindən Lionel Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. O isə dərhal “hə” cavabını verib.

Birləşmiş Ərəb Əmirliklərindən olan sponsor "Barselona"ya sərmayə qoymaq niyyətindədir ki, bu da kluba Messi ilə müqavilə bağlayacağı təqdirdə maliyyə feyr-pleyi və maaşla bağlı problemlərdən qaçmağa imkan verəcək. 

Xəbər xətti