"Barselona"nın keçmiş direktoru Ramon Planes karyerasını "Betis"də davam etdirə biləcəyini açıqlayıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 55 yaşlı ispaniyalı mütəxəssis "Xetafe"dən adıçəkilən komandaya mümkün keçidini şərh edib:
"İndi "Betis"in direktoru vəzifəsinə mümkün təyinatdan danışıram. Danışıqlar həlledici mərhələdədir. Bu mənim üçün ən çox ehtimal olunan yerdir, amma başqa variantlar da var. “Betis”in maraqlı layihəsi var, yaxşı da klubdur".
Planes “Ospitalet”, “Rasinq”(Santander), “Alaves”, “Leyda”, “Espanyol”, “Tottenhem”, “Elçe” klublarında idman direktoru vəzifəsində çalışıb.
saytlarin hazirlanmasi