"Real"ın baş məşqçisi Karlo Ançelotti Toni Kroosla müqavilə müddətinin uzadılmasını gözləyir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis təcrübəli futbolçunun "kral klubu"nda qalacağına inandığını bildirib:
"Kroos klubun əfsanəsidir. O, ən yüksək səviyyəli oyunçudur. Yeni müqavilə? Mən Toninin karyerasını mütləq "Real"da başa vuracağını gözləyirəm".
33 yaşlı futbolçunun “Real”la müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir. O, 2014-cü il iyulun 17-dən Madrid klubunun üzvüdür.
saytlarin hazirlanmasi