İspaniya millisinin sabiq üzvü karyarasını bitirir

20:58 - 19 Aprel 2023

İspaniyanın "Betis" klubunun futbolçusu Xoakin Sançes peşəkar karyerasını başa vuracaq.

Sportal.az xəbər verir ki, 42 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında etdiyi paylaşım vasitəsilə məlumat verib. Təcrübəli futbolçu mövsümün sonunda karyerasını bitirəcək.

Xoakin Sançes "Betis"in yetirməsidir. O, karyerası ərzində "Valensiya", "Malaqa" və "Fiorentina"da da çıxış edib. Sançes İspaniya milli komandasının heyətində keçirdiyi 51 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti