Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Kərim Benzema gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransalı forvard Madriddə qalacaq. Bu barədə AS nəşri məlumat yayıb. 35 yaşlı hücumçu "kral klubu" ilə müqaviləsini 1 il müddətinə uzadacaq.
2023/2024 mövsümü təcrübəli futbolçu üçün İspaniya klubunda sonuncu olacaq. O, gələn ilin yayında La Liqa təmsilçisini tərk edəcək.
Qeyd edək ki, Kərim Benzema "Real"a 2009-cu ilin yayında "Lion"dan keçib. Fransa millisinin sabiq üzvü cari mövsümdə madridlilərin heyətində meydana çıxdığı 35 rəsmi matçda 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi