Toni Kroosun müqaviləsini uzadan "Real" daha bir təcrübəli futbolçusu ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Luka Modriçi də komandada saxlayacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" xorvatiyalı yarımmüdafiəçi ilə yeni sözləşmə barədə razılıq əldə edib. 37 yaşlı futbolçu 2024-cü ilin yayına kimi İspaniya klubunda qalacaq.
Qeyd edək ki, "Real" Toni Kroosu 2012-cü ilin yayında "Tottenhem"dən transfer edib. Xorvatiya millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi