İspaniyanın "Real" klubu Eduardo Kamavinqanın müqaviləsinin müddətini zadacaq.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Madrid təmsilçisi bir çox Avropa klubunun heyətində görmək istədiyi 20 yaşlı yarımmüdafiəçinin maaşını artıraraq onunla yeni sözləşmə imzalayacaq.
"Kral klubu" fransalı futbolçunun sərbəstqalma məbləğini 1 milyard avro təyin edəcək.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 49 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi