Xavi: "La Liqanın prezidentindən soruşun"

16:56 - 25 Aprel 2023

"Barselona"nın baş məşqçisi Xavi İspaniya La Liqasının rəhbərliyinin klubun PSJ-nin futbolçusu Lionel Messini transfer etməyə icazə verib-verməyəcəyini bilmir.

Sportal.az xəbər verir ki, "Marca"ya danışan ispaniyalı məşqçi jurnalistlərə məsələ ilə bağlı liqanın prezidenti Xavyer Tebasa müraciət etməyi təklif edib:

"La Liqa Messini transfer etməyimizə icazə verəcəkmi? Bilmirəm, La Liqanın prezidenti Tebasdan soruşun. Biz liqanın bütün qaydalarına əməl edəcəyik. Lakin sonda bu, təkcə bizdən asılı olmayacaq".

Xatırladaq ki, “Barselona” ilə Tebas arasında gərgin münasibət var. Belə ki, klub ictimaiyyət qarşısında funksioneri istefaya çağırıb. Tebas isə Messinin çempionata qayıtmasının tərəfdarıdır, lakin o, hazırkı "Barselona"nın bunun üçün lazım məbləği ödəyə biləcəyinə əmin deyil.

Xəbər xətti