İspaniya Primerosunun 31-ci turu çərçivəsində “Jirona” evdə “Real”ı 4:2 hesabı ilə məğlub etməyi bacardı.
Sportal.az xəbər verir ki, matçın qəhrəmanı Madrid klubunun qapısına dörd qol vuran ev sahibinin hücumçusu Valentin Kastelyanos oldu.
"Opta"nın məlumatına görə, argentinalı 2013-cü ildən bu yana “kral klubu”nun qapısına bir matçda 4 qol vuran ilk futbolçu kimi tarixə keçib.
Bundan əvvəl "Real"la görüşdə poker edən futbolçu "Borussiya"nın (Dortmund) hücumçusu Robert Levandovski olub.
Polşalı 2012/2013 mövsümünün Çempionlar Liqasının yarımfinal matçında bu göstəriciyə imza atıb.
Amma La Liqada 21-ci əsrdə “Real”a heç kim dörd qol vura bilməmişdi.
saytlarin hazirlanmasi