"Jirona"nın hücumçusu Valentin Kastelyanos İspaniya Primerosunun 31-ci turunun "Real"la (4:2) görüşündə poker edib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı forvard Madrid klubuna dörd qol vurduğu oyunu şərh edib:
"Xəyalların axşamı idi. Dünyanın ən yaxşılarından birinə qarşı oynadıq və bu cür olacağını təsəvvür edə bilməzdim. Azarkeşlərimiz, ailəmiz və Argentinadan məni dəstəkləyən insanlarla bunun dadını çıxarıram. MLS-də poker etmişdim. Lakin təbii ki, bunlar fərqli matçlardır. Mən həmişə "Real"a qol vurmağı xəyal edirdim, amma pokeri təsəvvür etmək də mümkün deyildi. Qələbə qazandığımıza görə çox xoşbəxtəm. Azarkeşlər və komanda yoldaşlarımın adına xoşbəxtəm".
Kastelyanos 21-ci əsrdə La Liqa matçında “Real”a dörd qol vuran ilk oyunçu oldu.
24 yaşlı forvard “Universidad de Çile”, “Montevideo Siti”, “Nyu-York Siti” klublarında çıxış edib. O, 2022-ci ildə “Jirona”ya icarəyə verilib.
saytlarin hazirlanmasi