"Roma"nın və Argentina millisinin futbolçusu Paulo Dibala Lionel Messiyə olan simpatiyasına görə Kriştiano Ronaldonu uşaqlıqda sevmədiyini deyib.
Sportal.az xəbər verir ki, "Daily Mail"ə danışan argentinalı bunu portuqaliyalının özünə bildirdiyini də söyləyib:
"Argentinada Messi və Ronaldo arasında böyük rəqabət var. Bir dəfə səfərə yollanarkən Kriştiano öndə, mən təyyarənin sonunda oturmuşdum. Bir müddət sonra yanıma gəldi, ümumi həyatdan danışdıq və mən ona dedim ki, “uşaqlıqda sənə praktiki olaraq nifrət edirdim”. Biz gülməyə başladıq, onunla həmişə yaxşı münasibətimiz olub.
Xatırladaq ki, Dibala və Ronaldo “Yuventus”da birgə çıxış ediblər.