İspaniya La Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Xetafe" Kiki Sançes Floreslə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sançes Flores uğursuz nəticələrə görə istefaya göndərilib. Komanda İspaniya çempionatının 31-ci turunda doğma meydanda "Almeriya"ya 1:2 hesabı ilə məğlub olub. "Xetafe" La Liqada 31 turdan sonra 31 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Kiki Sançes Flores 2021-cci ilin sonundan "Xetafe"nın baş məşqçisi postunu icra edirdi.
saytlarin hazirlanmasi