"Barselona"nın mövsümlərarası fasilədə yollarını ayıracağı ilk futbolçu müəyyənləşib.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu, Frenk Kessedir. Baş məşqçi Xavi 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Kataloniya təmsilçisi yayda onun üçün gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Frenk Kesse mövsümün əvvəlində "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçmişdi. Fil Dişi Sahili millisinin üzvü La Liqa klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi