"Leççe"də icarə əsasında çıxış edən “Barselona”nın müdafiəçisi Samuel Umtiti geri qayıdacaq.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu fransalının transferindən pul qazanmaq istəyir.
“Barselona” rəhbərliyi Umtitinin yeni satışı ilə əlaqədar klubun maliyyə problemlərini həll edəcəyini ehtimal edir.
29 yaşlı müdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır. O, 2016-cı ildə “Lion”dan “Barsa”ya keçmişdi.