"Barselona"nın 15 yaşlı hücumçusu Lamin Yamal klubu ilə yeni müqavilə imzalayacaq.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, onunla müqavilə 2026-cı ilin iyun ayına qədər uzadılacaq.
Müqavilənin yaxın vaxtlarda imzalanacağı bildirilir.
Yamal şənbə günü, aprelin 29-da İspaniya Primerosunun 32-ci turunun "Betis"lə oyununda (4:0) iştirak edib. O, 86-cı dəqiqədə yarımmüdafiəçi Qavini əvəzləyib. Bu görüş Laminin "Barselona"dakı ilk rəsmi matçı kimi tarixə keçib. 15 yaş 290 günlüyündə debüt etmiş forvard İspaniya çempionatında klub rekordunu qıraraq Kataloniya klubunun da tarixində ən gənc debütant olub.
saytlarin hazirlanmasi