İspaniyanın "Real" klubu baş məşqçi karlo Ançelotti ilə bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi italiyalı mütəxəssislə yola davam edəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb. 63 yaşlı məşqçi nmüqaviləsinin sonuna, yəni növbəti mövsüm başa çatana kimi komandanın "sükan"ı arxasında olacaq. "Kral klubu"nun rəhbərliyi iki həftə öncə qərarı Ançelottiyə bildirib.
Qeyd edək ki, Karlo ANçelotti 2021-ci ilin yayından "Real"ı çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm İspaniya çempionu olub, Çempionlar Liqasını qazanıb.
saytlarin hazirlanmasi