"Real"ın futbolçusu Rodriqonun evi qarət olunub.
Sportal.az xəbər verir ki, oğrular İspaniya Kral Kubokunun "Osasuna" ilə keçirilən final matçı zamanı 22 yaşlı oyunçunun mənzilinə giriblər. Braziliyalı hücumçunun evindən nələrin oğurlandığı barədə məlumat verilməyib. Polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, final görüşündə "Real" "Osasuna"nı 2:1 hesabı ilə məğlub edərək ölkə kubokunu qazanıb. Rodriqo həmin matçda komandasının hər iki qolunun müəllifi olub.
saytlarin hazirlanmasi