"Real" 37 yaşlı futbolçunun müqaviləsini uzadır

22:01 - 8 May 2023

İspaniyanın "Real" klubu mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "kral klubu" xorvatiyalı yarımmüdafiəçi ilə yola davam edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib. 37 yaşlı futbolçunun müqaviləsi 1 il müddətinə uzadılacaq. Artıq sənədlər hazırlanıb və sözləşmə yaxın günlərdə rəsmiyyətə qovuşacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ilin yayından "Real"da çıxış edir. 37 yaşlı orta xətt oyunçusu cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti