Argentinalı "Barselona"nın futbolçusunu "Çelsi"də görmək istəyir

13:48 - 9 May 2023

"Çelsi"yə baş məşqçi təyin olunacağı gözlənilən Maurisio Poçettino hansı futbolçuları sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.

Sportal.az "Sport"a istinadən xəbər verir ki, argentinalı məşqçi "Barselona"nın futbolçusu Qavini transfer edilməsini istəyib. 

Argentinalı mütəxəssisin "Çelsi"yə baş məşqçi təyinatı baş tutsa, "zadəganlar"ın əsas transfer hədəflərindən biri Qavi olacaq. 

"Barselona" hələ ki, yarımmüdafiəçini La Liqada qeydiyyatdan keçirməyib.  
 

Xəbər xətti