"Mançester Siti" həmişə qorxulu görünür"

14:46 - 9 May 2023

"Real"ın hücumçusu Rodriqo Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Sportal.az "RTVE"yə danışan braziliyalı komandasının final şanslarını dəyərləndirib:

"Mançester Siti" həmişə qorxulu görünür. Bu, çox yaxşı oynayan böyük komandadır. Amma biz qalib gələcəyimizə əminik. Sadəcə Erlinq Holann çoxlu qol vurur. Heç kim onu necə dayandıracağını bilmir. Ümid edirəm ki, o, bizə qol vura bilməyəcək".

Xatırladaq ki, “Real” – “Mançester Siti” görüşü bu gün keçiriləcək və 23:00-da oynanılacaq.

Xəbər xətti