“Barselona”nın mövsümlərarası fasilədə keçirəcəyi yoldaşlıq görüşlərinin biri məlum olub.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Yaponiyanın "Vissel Kobe" klubu ilə qarşılaşacaq. Bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb. Görüş 6 iyun tarixində Tokioda baş tutacaq.
Qeyd edək ki, "Barselona"nın sabiq futbolçusu Andreas İnyesta "Vissel Kobe"də çıxış edir.
saytlarin hazirlanmasi