İspaniyanın "Barselona" komandasında yeni müqavilə imzalanıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi qapıçı İnyaki Penyanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı "əlcək sahibi" 2026-cı ilin yayına kimi "Barselona"ya məxsus olacaq. İspan qolkiperin sərbəstqalma məbləği 400 milyon avro təyin olunub.
Qeyd edək ki, İnyaki Penya "Barselona"nın yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi