"Barselona"dan ayrılacaq

12:37 - 10 May 2023

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets bu yay komandanı tərk etmək qərarına gəlib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, bu gün futbolçu artıq qərarını komanda yoldaşlarına bildirib.

Kataloniya təmsilçisi ilə müqaviləsi mövsüm sonunda başa açtacaq təcrübəli oyunçunun Səudiyyə Ərəbistanına yollanacağı gözlənilir.

İddialara görə, o, Lionel Messi və Yordi Alba ilə birlikdə "Əl-Hilal"la müqavilə imzalayacaq.
 

Xəbər xətti