Yayda "Real"la müqaviləsi başa çatan Marko Asensio İngiltərədə oynaya bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı vingerin xidmətində "Aston Villa" maraqlıdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Premyer Liqa təmsilçisi ispan yarımmüdafiəçiyə illik 8 milyon avro maaş ödəməyə hazırdır. Bu isə onun Madrid klubunda aldığı məvacibdən iki dəfə çoxdur.
Qeyd edək ki, "Real" Marko Asensionu 2015-ci ilin yayında "Malyorka"dan transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 46 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi