"Messi bütün zamanların ən yaxşı futbolçusudur"

18:58 - 10 May 2023

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.

Sportal.az xəbər verir ki, ESPN-ə danışan ispaniyalı mütəxəssisi argentinalı futbolçunun sabiq klubu "Barselona"ya qayıtmalı olduğunu bildirib. O, Messini bütün zamanların ən yaxşı futbolçusu adlandırıb:

"Mən "Barselona" klubunun üzvüyəm və stadionda iki oturacağım var. Ümid edirəm Messiyə "Barselona" forması ilə layiq olduğu şəkildə vida edə bilərik. Leo bütün zamanların ən yaxşı futbolçusudur. Komandanın 10-12 il ərzində etdikləri onsuz mümkün olmazdı. Messi "Barselona"nı gəldiyi zamankindən daha böyük bir klub halına gətirdi. Heç kim onun bu cür ayrılacağını düşünmürdü".

Xəbər xətti