İspaniyanın "Vilyarreal" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Raul Albiolun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı müdafiəçi 2023/2024 mövsümünün sonuna kimi komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Vilyarreal" Raul Albiolu 2019-cu ilin yayında "Napoli"dən transfer edib. İspaniya millisinin sabiq üzrə cari mövsümdə komandanın heyətində 27 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi