"Arsenal" və "Borussiya" ispaniyalını istəyir

11:25 - 11 May 2023

"Arsenal" "Valyadolid"in müdafiəçisi İvan Fresnedanı heyətinə qatmağı planlaşıdırır.

Sportal.az "The Times"a istinadən istinadən xəbər verir ki, "topçular" 18 yaşlı futbolçu üçün danışıqlara başlayıb.

Amma ispaniyalını transfer etmək istəyən yeganə komanda "Arsenal" deyil. Belə ki, "Borussiya" (Dortmund) da Fresneda ilə yaxından maraqlanır. 

Adıçəkilən futbolçu bu mövsüm "Valyadolid"in heyətində 22 oyuna çıxıb. Onun İspaniya klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti